Accessibility links

Ermənistanda azərbaycanlı çobanlar?


"Amerikanın səsi"nin Rusiya bürosunun rəhbəri, bloqer Ceyms Bruk "İranlı qoyun dərisi geymiş azərbaycanlı canavarlar" başlıqlı bloqunda yazır ki, İran hazırda siyasi əhali artımı bombası üzərində oturub. Artmaqda olan gənc şəhər əhalisi ucuz və ənənəvi ərzaq sorağındadır. Son 40 ildə iki dəfə artan İran əhalisini hazırda 75 milyon insan təşkil edir. Onların yarısı 35 yaşdan aşağı, 71 faizi şəhərdə yaşayan insanlardır.

Ermənistanda 800 min hektarlıq sahə mal-qara təsəffüratından məhrum olub. Belə ki, ermənilər arasında çobanlıqla məşğul olmaq istəyənlərin sayı kəskin şəkildə azalıb. İran heyvandarlıq fəaliyyətləri üçün Ermənistanın minlərlə hektarlıq sahəsinin icarəyə götürülməsini təklif edir. İran gələn bir neçə il ərzində Ermənistanın onu 2-3 milyon baş qoyunla təmin edəcəyinə ümid bəsləyir. Pis səslənmir.

Lakin buna ümid edənlərin sayı çox deyil. Belə ki, iki qonşusu ilə sərhədləri bağlı olan Ermənistandan gözləntilər böyük olmamalıdır. Azərbaycanla sərhəd bölgələrdə heç olmasa həftədə bir dəfə atışma olur. Hər iki tərəf əsgər itkisi verir.

Qərbdən Türkiyə sərhədləri üzünə bağlı olan Ermənistan o ölkə ilə 1915-ci ildə Osmanlı İmperiyasının ermənilərə qarşı soyqırımı iddiası ilə heç bir əlaqəyə malik deyil.

Ermənistanın İranla sərhəd Syunik vilayətində bir zamanlar azərbaycanlılar yaşayırdı. Azərbaycan əraziləri arasında yerləşən və əhalisinin cəmi 5 faizini ermənilərin təşkil etdiyi bu bölgə strateji baxımdan həssas bir yerdir.

Heyvandarlıq layihəsi İran çobanlarının o ərazilərdə yerləşməsi deməkdir. İranı 3 milyon qoyunla təmin edəcək bu bölgədə azı 5 milyon qoyun yetişdirilməlidir. Dik ərazilərdə bir çobanın 500 qoyuna nəzarət etməsi qeyri-mümkündür.

Deməli oraya azı 10 min çoban lazımdır. Bu çobanlar kimlər ola bilər?
İranın şimal bölgələrini əhatə edən 17 milyonluq Şərqi Azərbaycan vilayətimi nəzərdə tutulur?

Son 20 ildə çobansız qalan bölgələrdə canavarların sayı artıb. Ermənistan hər bir canavarın öldürülməsinə 275 dollar məbləğində mükafat verir. Nəticədə nə olacaq? İranlı çobanlar tüfənglərlə təmin ediləcək.

Erməniləri strateji bölgələrə minlərlə silahlı azərbaycanlının yerləşməsi narahat edir. Ermənistan parlamentinin müxalifət nümayəndələri bunu qeyri-formal miqrasiya kimi qiymətləndirir.

Tənqidçilər bir zamanlar azərbaycanlıların nəzarətində olan Syunikin azad edildikdən sonra yenidən onlara verilməsi əleyhinə çıxış edir. Bütün bunlar çoban layihəsinin bürokratik məhvinə işarədir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG