Accessibility links

İrandan daxil olan məlumatlarda deyilir ki, rəsmi Tehran 5 il əvvəl ələ keçirdiyi ABŞ hava maşınına oxşayan yeni hava hücum dronu istehsal edib. Xatırladaq ki, ABŞ dronu 2011-ci ildə Əfqanıstanla sərhəddə təsadüfən İran ərazisinə keçdikdən sonra müsadirə edilmişdi.

Yarı-rəsmi Tasnim xəbər agentliyinin məlumatına görə, "Saeqeh" (İldiırım) uzun-mənzilli dron "nöqtə dəqiqlikli" ağıllı bombalarla 4 hədəfi vurmaq qabiliyyətinə malikdir.

Yarı-rəsmi Tasnim xəbər agentliyinin məlumatına görə, "Saeqeh" (İldiırım) uzun-mənzilli dron "nöqtə dəqiqlikli" ağıllı bombalarla 4 hədəfi vurmaq qabiliyyətinə malikdir.

Yeni dron daxili istehsal kimi təsvir olunsa da, bu, Amerika Lokhid Martin RQ-170 uçan cihazının prototipidir.

Hələlik ABŞ Tasminin məlumatına heç bir münasibət bildirməyib.

2012-ci ildə İran mediası yüksək rütbəli generala istinadən bildirmişdi ki, ABŞ dronundan əldə edilən məlumatlar göstərib ki, bu dron 2011-ci ildə ABŞ qüvvələrinin öldürdüyü Əl-Qaidə lideri Usama Bin Ladenin yaşadığı Pakistan ərazisi üzərində kəşfiyyat nəzarəti həyata keçirib.

Həmin il The Washington Post isə bildirmişdi ki, dron Mərkəzi Kəşfiyyat Agentliyinə məxsus olub. Məlumatdan deyilirdi ki, dron İran ərazisini tərk etməmişdən əvvəl Qum şəhərindəki uran zənginləşdirmə obyektinin görüntülərini əldə edib.

Həmin müddətdə İran və Qərb arasında Tehranı nüvə proqramına dair cidi mübahisələr mövcud idi. Qərb iddia edirdi ki, İran nüvə silahı əldə etməyə çalışır. İran isə hər zaman bu iddiaları rədd edərək, nüvə proqramının dinc məqsəd daşıdığını bildirib.

XS
SM
MD
LG