Accessibility links

İranda parlament seçkilərində səsvermə başa çatıb


İranda daxili işlər nazirliyi uzun növbələrdə dayanan seçicilərin hamısının səs verə bilməsi üçün səsvermə məntəqələrinin daha bir neçə saat açıq saxladıqdan sonra parlament seçkilərində səsvermə başa çatıb.

Yarı-rəsmi Fars xəbər agentlyinin verdiyi məlumata görə, parlament seçkiləri yüksək seçici fəallığı ilə müşayiət edilib. Fars xəbər agentliyinin bildirdiyinə görə, ölkə rəsmiləri uzun növbələrdə dayanan insanlarının hamısının səs verə bilməsinə imkan yaratmaq üçün səsvermə məntəqələrinin daha iki saat açıq qalması haqda qərar verib.

Parlament seçkilərinin İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneinin prezident Mahmud Əhmədinejada yaxın mühafizəkar rəqiblər üzərində nəzarətinin güclənməsinə gətirib çıxaracağı gözlənilir.

İranın 290 yerlik parlamentinə seçilmək üçün 3 min 400 namizəd seçkilərə qatılıb. İran əhalisinin 48 milyonu səs vermək hüququna malikdir. İranın aparıcı islahatçı və müxalif qrupları cümə günü seçkiləri boykot edib.

Səsvermə bülletenlərində göstərilən namizədlərin hamısı demək olar ki, mühafizəkarlardır. Namizədlər İranın islamçı ekspertləri və hüquqşünasları tərəfindən idarə edilən nüfuzlu Nəzarət Şurasının razılığını almalıdır.

XS
SM
MD
LG