Accessibility links

Marağada 4 nəfər asılıb, 27 digər məhkumun edam gözlədiyi bildirilir


Hüquq müdafiəçiləri Şərqi Azərbaycan vilayətinin Marağa şəhərində narkotik qaçaqçılığı ilə əlaqəli mühakimə edilmiş dörd məhkumun dar ağacından asıldığını bildirir.

Bəhram Əştəri, Atif Rəncbər, Vəli Nəcəfniya və Kərim Sadatın edam hökmünün icrası ilə bağlı xəbərlər martın 23-də yayılmış, lakin İranda insan haqları pozuntuları haqda xəbər yayan HRA agentliyinə əsasən, hökm bir neçə həftə öncə həyata keçirilib.

Yayılan məlumata görə, Marağa zindanında edam hökmü gözləyən 27 digər məhkum saxlanılmaqdadır. HRA bunların Novruz tətillərindən sonra edam edilə biləcəyini yazıb.

Əhməd Şahid
Əhməd Şahid

Birləşmiş Millətlər Təşkilatının İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şahidin martın 15-də BMT-nin Baş Məclisinə təqdim etdiyi hesabatda 2014 ilində İranda azı 753 nəfərin edam edildiyi qeyd edilir. Hesabatda bunun son 12 il ərzində ən yüksək rəqəm olduğu bildirilir.

Əhməd Şəhid həmçinin Həsən Ruhaninin prezident seçildiyindən bəri İranda insan haqları vəziyyətinin pisləşdiyini ifadə edib.

İnsan haqları qruplarının yaydığı hesabatlara istinadən, İran Azərbaycanının Urmiyə, Ərdəbil və Təbriz şəhərləri İranda narkotik qaçaqmalçılığı ilə bağlı ən çox edam hökmünün icra olunduğu şəhərlər sırasındadır.

XS
SM
MD
LG