Accessibility links

İranda tanınmış futbolçunun məşuqəsi asılaraq edam edilib


İranda tanınmış futbolçunun məşuqəsi asılaraq edam edilib
İranda tanınmış futbolçunun məşuqəsi asılaraq edam edilib

İranda tanınmış futbolçunun məşuqəsi onun həyat yoldaşının qətlində müqəssir tanındıqdan sonra bu gün edam edilib. Dövlətə məxsus mətbuatın verdiyi məlumata görə, Şəhla Cahed 8 il həbsxanada saxlandıqdan sonra bu gün asılaraq edam edilib. Rəsmilər 2002-ci ildə Cahedi Nasir Məhəmməd Xaninin həyat yoldaşı Lalə Səhərxizanı bıçaqlayaraq qətlə yetirməkdə ittiham etmişdilər. Xani 1980-ci illərdə İranda məşhur futbolçu olub. İran mətbuatı bildirir ki, Cahedi Xanın siğə edilmiş arvadı, Səhərxiza isə onun qanuni arvadı olub. İranda kişilərin dörd dəfə qanuni evlənmək və istənilən sayda siğə etmək hüququ var. Qadınlar yalnız bir dəfə bir kişiyə ərə gedə bilərlər. İnsan hüquqları qrupları İranı Cahedinin həyatına son qoymamağa çağıraraq, onun səhvən məhkum edilə bildiyini irəli sürüblər.

XS
SM
MD
LG