Accessibility links

İranda 12 nəfər edam edilib

  • Amerikanın səsi

İranda 12 nəfər edam edilib

İranda 12 nəfər edam edilib

İranın dövlətə məxsus mətbuatının verdiyi məlumata görə, Şirazda məhkum olmuş 12 nəfər edam edilib.

Media xəbərlərində edam olunan şəxslər arasında yeddi nəfərin narkotik maddələr alverində ittiham olunduğu deyilir.

Şəriət qanunlarını əsas tutan İranda zorlama, silahlı hücum və adam oğurluğu kimi ciddi cinayətlərə görə ölüm hokum çıxarılır.

İnsan hüquqları qrupları İranın edam hallarına görə Çindən sonra dünya ölkələri arasında ikinci yerdə olduğunu bildirir. İran ədliyyə sisteminə dair tənqidləri rədd edir.

XS
SM
MD
LG