Accessibility links

Cəfər Pənahiyə 6 il həbs cəzası verilib


Cəfər Pənahiyə 6 il həbs cəzası verilib
Cəfər Pənahiyə 6 il həbs cəzası verilib

İran mətbuatının verdiyi məlumata görə, məhkəmə tanınmış kino-rejissor Cəfər Pənahini 6 il həbs cəzasına məhkum edib. Pənahinin vəkili Fəridə Qeyrətə istinadən edən xəbərlərdə deyilir ki, ona 20 il ərzində flim çəkmək və xaricə səfərlər etmək qadağan edilib. Beynəlxalq kino-festivallarda mükafatlar almış rejissor İranda müxalifət hərəkatını dəstəkləyir. Pənahi mart ayında həbs edildikdən sonra 88 gün həbsxanada saxlnamış və aclıq aksiyası elan etmişdir. Vəkil deyib ki, Pənahi sistem əleyhinə təbliğata görə həbs edilib. Cəfər Pənahi 1995-ci ildə Kann kino-festivalında “Ağ Şar”, bundan beş il sonra Venesiya kino-festivalında “Dairə” filminə görə ən yüksək mükafatlara layiq görülmüşdür.

XS
SM
MD
LG