Accessibility links

İranda yanacaq qiymətlərinin artması tələbatın azalmasına səbəb olub

  • Amerikanın səsi

İranda yanacaq qiymətlərinin artması tələbatın azalmasına səbəb olub

İranda yanacaq qiymətlərinin artması tələbatın azalmasına səbəb olub

İranda yanacaq qiymətlərinin dörd dəfə qalxması bütün ölkədə tələbatın azalmasına gətirib çıxarıb. İran rəsmiləri bildiriblər ki, yanacaqdan istifadə bu ayın əvvəli hökumətin subsidiyaları kəsməsindən sonra 20 fazi azalıb. Hökumət ölkə iqtisadiyyatını gücləndirmək məqsədilə subsiydiyaları kəsdiyini elan edərək, dekabrın 19-dan yanacaq qiymətlərini qaldırıb. Plana görə, hər ay normaya görə verilən 60 litr benzinin qiyməri bir litr üçün 10 sentdən 40 sentə qalxmışdır. 60 litrdən artıq istifadə edilən benzinin qiyməti isə 70 faiz artrılmışdır. Planda çörəyə görə də hökumət subsidiyaları aradan qaldırlıb. Müxalifət bu ölçüləri tənqid edərək, İran iqtisadiyyatının gələcəkdə problemlərlə üzləşəcəyinə dair xəbərdarlıq edirlər.

XS
SM
MD
LG