Accessibility links

Güney mediasında “Fars Aslanlarının Kükrəyişi”nə təpki


Fars xəbər agentliyinin başlığı: Fars Aslanlarının Kükrəyişi

Fars xəbər agentliyinin başlığı: Fars Aslanlarının Kükrəyişi

İran milli futbol komandasının Tehran mətbuatında “Fars Aslanları” adlandırılması İran Azərbaycanının müxtəlif şəhərlərində fəaliyyət göstərən medianın təpkisinə səbəb olub.

Xüsusilə Urmiyə və Təbriz şəhərlərində yayılan qəzetlər və veb səhifələri milli futbol komandasının bu şəkildə vəsf edilməsini “milyonlarla qeyri-fars iranlının yox sayılması” olaraq dəyərləndirir.

İranda xəbər agentlikləri və qəzetlər son bir neçə gün ərzində yaydığı xəbər başlıqlarında hazırda Avstraliyada keçirilən 2015 Asiya kubokunun oyunlarında yarışan İran milli yığmasını Fars Aslanları ləqəbi ilə təqdim edirlər.

Urmiyəli jurnalistlərin idarə etdiyi internet qəzetləri o cümlədən, Durna News və Urmia News Fars xəbər agentliyinin “Fars Aslanlarının Kükrəyişi” başlıqlı yazısına işarə edərək dövlət xəzinəsinin pulları ilə yayılan medianın “fars etnikini əsas tutaraq” xəbər hazırlamasını sərt bir dillə qınayıb.

“İranda yaşayan türk, fars, kürd və lur kimi etnik cəmiyyətlərə mənsub oyunçulardan ibarət olan İran milli komandasını fars aslanları ifadəsi ilə tanıtdırmaq qeyri-fars iranlıları yox saymaqla bərabər İranın birliyinə düşmən olanların dəyirmanına su tökmək deməkdir,” deyə Durna News-un məqaləsində qeyd edilib.

İran futbol komandasının 2006 dünya çempionatındakı şüarı “Fars Ulduzları”, 2011 Asiya Kubokunda “Fars Şahzadələri”, 2014 ili futbol üzrə dünya çempionatında isə “Farsın İftixarı” olub.

XS
SM
MD
LG