Accessibility links

İsrail Qırmızı dənizdə İranın Suriyada istehsal edilən raketlər göndərdiyi gəminin ələ keçirildiyini bildirib.

Panama bayralı gəminin Fələstin yaraqlılarına hərbi avadanlıq daşıdığı deyilir.

Gəmi Sudan və Eritreayanın sahilləri yaınlığındakı beynəlxalq sulardan İsrailin Eilat limanına aparılmalıdır.

İsrail ordusunun bildirdiyinə görə, M-302 növlü raketlər Qəzzadan İsrail ərazilərini hədəf almaq qabiliyyətinə malikdir və onlar Fələstinin Həmas kimi yaraqlı qruplaşmaların hücum qabiliyyətini artıra bilər.

2006-cı ildə Hizbullah İsraillə müharibədə bu raketlərdən istifadə edib.

İsrail silahların Suriyada gəmiyə yükləndiyini bildirib.

Fransanın xəbər agentliyi İranın adını açıqlamadığı rəsmisinə istinadən məlumat əsassız olduğunu bildirib.
XS
SM
MD
LG