Accessibility links

İranda ondan çox adam edam edilib


İranda ondan çox adam edam edilib
İranda ondan çox adam edam edilib

İttihamların çoxu narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar olsa da edam edilənlərin bir hissəsinin siyasi fəallar olduqları irəli sürülür

Keçən bir həftə ərzində İranda ən azı 12 Adam edam edildi və bir nəfərin bir əli və bir ayağı kəsildi. Bu xəbəri İranda insan hüquqları məsələləri barədə xəbərlər yayan HARANA xəbər agentliyi verdi.

Həmin xəbərə əsasən, "İran" qəzeti yazır ki, Quzistanın "Mahşəhər" şəhərində, məhkəmə 28 yaşlı bir ərəbi "müharibə aparmaq" ya allahın əleyhinə fəaliyyət göstərmək və silahlı oğruluq ittihamlarına görə edam etdi. İranda "müharibə aparmaq" ittihamının əsl mənası dinə qarşı fəaliyyət olsa da hakimiyyətin əleyhinə fəaliyyət göstərən siyasi müxaliflər üçün arabir bu ittiham irəli sürülür.

Eyni gündə və eyni şəhərdə, bir başqa adamı oğruluq ittihamı ilə cəzalandırdılar. Məhkəmənin qərarına əsasən, onun bir əlini və bir ayağını kəsdilər. İslamda və İran qanunlarında belə bir hökmün yeri olsa da ondan İranda nadir hallarda istifadə edilir.

Aprelin 8-də İranın "Quzistan" mahalının iki digər şəhərində, edama məhkum olunmuş adamı, şəhərin mərkəzindəki meydanlardan birində, xalqın gözü qabağında, dardan asdılar. Xəbərdə deyilir ki, məhkəmə onlar haqqında edam qərarını narkotik ya "məxəddirə" maddələrinin qaçaqmalçılığına görə versə də onların "siyasi fəal olduqları" təxmin edilir.

XS
SM
MD
LG