Accessibility links

İranda daha iki azərbaycanlı fəal həbs edildi


Lətif Həsənli və Şəhram Radmehr

Lətif Həsənli və Şəhram Radmehr

Fevralın 6-da daha iki tanınmış Azərbaycan fəalı Ərdəbil vilayəti və Tehranın yaxınlığında yerləşən Kərəc şəhərində İranın təhlükəsizlik məmurları tərəfindən tutulub. Tutulanlar Xiyavlı fəal Şəhram Radmehr, Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatı (Yeni GAMOH) təşkilatının Mərkəzi Komitə üzvü və eyni təşkilatın başqanı Kərəcli Lətif Həsənidir.

İki fəalın evinin məmurlar tərəfindən axtarıldığını xəbər verən Azərbaycan veb səhifələri tutulanlarn haraya aparıldığının bəlli olmadığını bildirir.

Yeni GAMOH təşkilatın Mərkəzi Komitəsinin iki başqa üzvü Mahmud Fəzli və Yürüş Mehrəlibəyli dekabrın 31-i və yanvarın 9-da həbs edilib. Fəzli və Mehrəlibəylinin həyat yoldaşları keçən günlərdə Amerikanın Səsi ilə müsahibədə bu fəalların Təbrizdə İnformasiya və Təhlükəsizlik İdarəsinin (Ettelaat) həbsxanasında saxlandıqlarını bəyan ediblər.

Rəsmi adı Meşginşəhr, əhalinin isə Xiyav adlandırdığı şəhərdən olan milli fəal Şəhram Radmehr son 10 il ərzində dəfələrlə Ettelaat məmurları tərəfindən tutularaq, Pan-Türkizm və İslam Respublikasına qarşı təbliğat aparmaq kimi itiihamlarla mühakimə edilib. O, 2010-cu ilin may ayında bir çox Azərbaycan fəalı ilə birlikdə nəzarət altına alınıb və beş ay həbsdə saxlandıqdan sonra ağır zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

2010-cu may ayında tutulan fəalların biri də Lətif Həsəni idi. Təqribən 9 ay həbsdən sonra azadlığa buraxılan milli fəal həbs müddətinin çoxunu Ettelaatda keçirib. Kərəc şəhərində müəllim işləyən cənab Həsəni Bakı Dövlət Universitetində beynəlxalq hüquq üzrə doktorluq dərəcəsi alıb.

İnsan haqları müdafiəçilərinə istinadən, hər iki fəal keçmişdə Ettelaatda sorğu-suala çəkildikləri zaman fiziki və psixoloji işgəncələrə məruz qalıb.
XS
SM
MD
LG