Accessibility links

İran Vaşinqton Post qəzetinin müxbirinin həbs müddətini iki ay uzadıb


Ceyson Rezayan iyul ayında həbs olunub

Vaşinqton Post qəzetinin müxbiri Ceyson Rezayanın ailəsi İranın onun həbsini azı iki ay uzatdığını bildirib.

Rezayan İranın Evin həbsxanasında saxlanılır. O, iyul ayında izahat verilmədən saxlanılıb. Cümə axşamı Rezayanın həbsxanada 135-ci günü olub.

Çərşənbə günü onun qardaşı Əli bildirib ki, 18 noyabr tarixli yeni əmrdə Rezayanın həbsinin iki ay artırılması qeyd edilib.

Əli Rezayan həmçinin jurnalistin ailəsinin onun səhhətindən narahat olduğunu bildirib. Ceyson Rezayanın səhhəti oktyabr ayından pisləşib.

Vaşinqton Postun icraçı direktoru Martin Baron deyib ki, Rezayanın nə üçün saxlandığına dair heç bir məlumat yoxdur.

O, İran rəsmilərini Rezayanı azadlığa buraxmağa çağırıb.

XS
SM
MD
LG