Accessibility links

İranda xarici telekanallarla əməkdaşlıq edən 28 nəfər tutulub


Tehran prokuroru Abbas Cəfəri Dövlətabadi

Tehran prokuroru Abbas Cəfəri Dövlətabadi

Həbs edilənlər İrana peyk vasitəsilə verilişlər yayan telekanallarla əməkdaşlıq edənlərdir

İranda xarici telekanallarla əməkdaşlıq edən 28 nəfər tutulub.

Tehran prokuroru Abbas Cəfəri Dövlətabadi dekabrın 11-də jurnalistlərə açıqlamasında deyib ki, həbs edilənlər İrana peyk vasitəsilə verilişlər yayan telekanallarla əməkdaşlıq edənlərdir.

“Media forum” saytının məlumatına görə, Abbas Cəfəri Dövlətabadi tutulanların kimliyini açıqlamasa da, onları “əksinqilabçılar”la əməkdaşlıqda günahlandırıb. Prokuror həmin şəxslərin İranın xüsusi xidmət orqanının yardımı ilə tutulduğunu vurğulayıb.

Prokuror qeyd edib ki, tutulanlar gizli yollarla xarici şəbəkələr üçün verilişlər də hazırlayırmış: “Onların bəzisi bəhai qurumları ilə də əməkdaşlıq edib”.
XS
SM
MD
LG