Accessibility links

Əhər şəhərində 100 nəfərə yaxın fəal nəzarət altına alınıb

Azərbaycan veb səhifələrinə istinadən, bu gün İranın təhlükəsizlik məmurları Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində Dünya Ana Dili Günü münasibəti ilə keçirilən mərasimə toplaşan 100 nəfərə yaxın güneyli fəalı nəzarət altına alıb.

Bu barədə Türkiyə mediası, o cümlədən Cihan xəbər agentliyi və Zaman qəzeti geniş məlumat yayıb.

Oyan News Abbas Lisani, Ruzbeh Səadəti, Saleh Molla Abbasi, İbrahim Savalan,
Fərəc Nuri, Rəhim Qulami, Əsgər Əkbərzadə, Əkbər Abulzadə, Vəhid Faizpur, Meysəm Azadi, Fərdin Muradpur, Murtaza Səfəri, Həsən Zarii, Aydın Nişatı, Tovhid Rzayi, Milad Əzimi, Behzad Əbdi, Vəhid Nəriman, Nima Abbaspur, Səccad Xəlilnijad, Murtaza Məhəmmədi və Səccad Xoşqədəm kimi fəalların tutulanlar arasında olduğunu qeyd edib.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, tutulanlar Əhər şəhərinin 11 və 12 nömrəli Polis Mərkəzlərinə aparılıb. Məmurlar fəalları həbs etdikləri zaman onlara aşırı güc tətbiq ediblər.

Cihan xəbər agentliyinə müsahibədə Türkiyədə yaşayan güneyli siyasi ekspert bu həbsləri ana dilində təhsil haqqı ilə bağlı vədlər verən Həsən Ruhani hökumətinin qeyri- səmimiliyi kimi qiymətləndirib.
XS
SM
MD
LG