Accessibility links

İranda iyirmidən çox azərbaycanlı saxlanıb

  • Insafəli Hidayət

İranda iyirmidən çox azərbaycanlı saxlanıb

İranda iyirmidən çox azərbaycanlı saxlanıb

Azərbaycanlı fəallar həbslərin karikatura qalmaqalı ilə başlayan may hadisələrinin dördüncü il dönümü ilə bağlı olduğunu deyirlər

İranda May hadisələrinin il dönümündə, iyirmidən çox siyasi və mədəni fəaal tutulub. İran Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Təşkilatı, İranın Fars və Türk xəbər sitələrinin yaydıqları, o cümlədən, HARANA xəbər agentliyi, Əsri Növ və Savalan Səsinin təstiqlədikləri xəbərlərə görə İran Azərbaycanında, May hadisələrinin 4-cü il dönümünə təsadüf edən günlərdə ən azı 25 siyasi və mədəni fəal tutulublar. Həmin xəbərə əsasən, tutulanlar Təbriz, Urmu, Ərdəbil, Rəşt, Meşkin Şəhər, Germi, Muğan, Nəqədeh, Sufyan, Makı, Həmədan və Kərəc kimi şəhərlərdə yaşayan azərbaycanlılardır.

Tutulananlardan; Mustafa Cəmşidi, Abbas Lisani, Əsgər Əkbərzadə, Vəli Azəriyun, Kərim Fəthipur, Məhnaz xanım Kərimi, Məsud Hüseynzadə və Hadi Əkbəri dindiriləndən sonra buraxılıblar. Amma Dr. Əlirza Abdullahi, Dr. Lətif Həsəni, Hafiz Sərdarpur, Şəhram Radmehr, Həmidə xanım Fərəczadə, Ramin Cəbbari, Ayət Mehrəlibəğlı, Nadir Əzizi, Mehdi Zeynali, Məhəmməd Fərəciyan, Siyamək Mirzəyi, Aydin Xaceyi, İrza Əbdi, Əlirza Hüseynzadə, Bəhmən Nəsirzadə, Əhməd Aqayı və Behbud Quluzadə hələ də həbsdədirlər. Xəbərlərdə bu da qeyd edilir ki, məmurlar, yuxarıda adları çəkilən müxtəlif şəhərlərdə, tutulanların evlərinə, basqın edib və onların şəxsi əşyalarını, kampyuterlərini, kitablarını, əl yazılarını, dərgilərini və bir sıra ayrı əşyalarını, əmniyyət idarələrinə aparıblar. Xəbərlərdə deyilir ki, tutulanların siyahısına qəzetəçi, şair, həkim və xəstəxana işçiləri də daxildir.

Yuxarıda adı çəkilən mənbələrin məlumatlarında ələvə olunur ki, tutulanların bir çoxuna qarşı ittihamlar, onların harda saxlanmaları, həbsdəki durumları, məlum deyil. Onların çoxu, bir nəfərlik hücrələrdə( kameralarda) saxlanır, vəkillərinin iştirakı olmadan sorğu-sual edilirlər.

Məlum olduğu kimi 2006-cı il May ayında (Xurdat ayı) "İran" gündəliyi türkləri təhqir edən karikaturalar çap etmişdi. İran türkləri isə buna etiraz olaraq, həmin vaxtda günlərlə xiyabanlarda etiraz nümayişləri keçirdilər. Bu nümayişlər zamanı həyatını itirənlər və yaralananlar oldu və yüzlərlə insane nəzarət altına alındı. O zamandan bəri, hər il, eyni vaxtlarda İranın türklər olan şəhərlərinin bəzilərində etiraz nümayişləri keçirilir. Hər il bu vaxtlarda təhlükəsizlik qüvvələri il dönümü münasibəti ilə keçirilməsi güman olunan nümayişlərin qarşısını almaq üçün bəzi fəalları təhlükəsizlik idarələrinə çağırır sorğu-sual edir, bəzi fəalları isə nəzarət altına alır.



XS
SM
MD
LG