Accessibility links

Ötən yanvarda İran İnqilab Keşikçiləri ABŞ dəniz piyadalarının katerini İranın ərazi sularında tutmuş və 10 hərbçini qısa müddətə həbs etmişdi.

İnqilab Keşikçiləri dəniz korpusunun komandanı Əli Fədavi deyib ki, amerikalıların həbsə tabe olduqları səhnəni əbədiləşdirəcək bu abidə “turist məkanı” kimi nəzərdə tutulur.

Abidənin hazırlanmasında Fars körfəzində ABŞ dəniz piyadalarının həbsini əks etdirən çoxsaylı fotoşəkillərdən istifadə olunacaq

​Fədavi İranın hərbi xəbər agentliyinə deyib ki, abidənin hazırlanmasında Fars körfəzində ABŞ dəniz piyadalarının həbsini əks etdirən çoxsaylı fotoşəkillərdən istifadə olunacaq.

Qərb mətbuatı İran xəbər agentliklərinə istinadən yazır ki, inqilab keçikçilərinin bu planı prezident Barak Obamanın İranla yaxılnlaşmaya yönəlmiş siyasətinin və Tehranla nüvə sazişi imzalanmasının əleyhinə olan mühafizəkar respublikaçıların qəzəbinə səbəb ola bilər.

10 dəniz piyadasının həbsi Tehran sərt xətti-hərəkət tərəfdarlarının sevincinə səbəb olmuş və onlar tərəfindən İranın Amerika üzərində növbəti qələbəsi kimi qələmə verilmişdi.

Onlar üçün bu, onun sübutu idi ki, İran Birləşmiş Ştatlarla düşmən olaraq qalır.

O vaxt İranın ali rəhbəri ayətullah Əli Xameneyi demişdi ki, dənizçilərin həbsi edilməsi “Allahın hökmüdür”. Ali rəhbər bu əməliyyatda iştirak etmiş iranlıları orden və medallarla təltif etmişdi.

Sözü gedən həbs fotoları ABŞ dəniz piyadalarının avtomat silahlar altında diz çökdürülməsini, əllərini boyunlarında çarpazlaşdırmasını və onların kameralar qarşısına çıxarılmasını əks etdirir.

XS
SM
MD
LG