Accessibility links

İran ABŞ Dövlət Departamentinin hesabatını tənqid edib


İran ötən illərdə olduğu kimi bu il də ABŞ Dövlət Departamentinin hesabatını tənqid edib. Sənəddə İranın terrorizmi dəstəkləyən ölkələr arasında aparıcı rol oynadığını deyilir.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Amerikanın müttəfiqi olan Səudiyyə Ərəbistanının terror fəaliyyətlərində lider rolu oynadığını vurğluayıb. Haüseynn Caber Ənsari bildirib ki, nə qədər ki, ABŞ-ın müttəfiqləri regionda terror qruplarına dəstək verəcək, İran İslam Respublikası da İraq və Suriyada terrorimə qarşı mübarizədə ön sıralarda yer alacaq.

Dövlət Departamentinin hesabatı

ABŞ Dövlət Departamenti 2015-cü il Terrorçuluqla Mübarizəyə dair hesabatını cümə axşamı açıqlayıb.

Hesabatda İranın Qəzzada fələstinli yaraqlılara, Suriyada Bəşar Əl-Əsədə yardım edən Hizbollah döyüşçülərinə dəstək verdiyi bildirilir.

Bundan əlavə sənəddə deyilir ki, İran Həmas kimi anti-İsrail qüvvələrini silah və maddi yardımla təmin edir.

İran isə fələstinlilərə dəstək verdiyini inkar etmir. Bu ölkə İsrailin işğalçılığına müqavimət göstərmək kimi bir haqqı olduğunu iddia edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG