Accessibility links

Güneyli ziyalılar Cəmil Həsənliyə dəstək verir


İran Azərbaycanı, Türkiyə, Avropa və Şimali Amerikada yaşayan bir qrup insan Azərbaycan ictimaiyyətinə müraciət edib

İran Azərbaycanı, Türkiyə, Avropa və Şimali Amerikada yaşayan bir qrup tanınmış güneyli ziyalı və mədəni fəal seçkilərdə Milli Şuranın namizədi Cəmil Həsənlini dəstəklədiklərinə dair bəyanat imzalayaraq, Azərbaycan Respublikasının ziyalıları, ictimaiyyəti və mədəni qurumlarına müraciət ediblər.

Sənəd Azərbaycan Respublikasında keçirilən prezident seçkiləri ilə bağlı güney cəmiyyəti tərəfindən ilk və yeganə kollektiv müraciətdir. İndiyədək güneyli siyasi təşkilatlar və partiyalar tərəfindən seçkilərə konkret bir münasibət sərgilənməyib.
“Biz Güney Azərbaycan aydınları və sivil aktivistləri olaraq Azərbaycan seçkilərində demokratik tələbləri önəmsəyən və demokrasinin dirçəlişində təəhhüd göstərmiş Cəmil Həsənlinin seçkilərdə Azərbaycan milləti tərəfindən dəstəklənməsini arzu edir, digər adaylara sayğıyla yanaşmaqla birlikdə, sayın Həsənlinin sunduğu seçim proqramını Azərbaycanın daha demokratik və rifahlı gələcəyə və şəffaf bir yönədimə qovuşmasına daha uyğun düşəcəyini düşünürük. Quzey Azərbaycan aydınları, ictimaiyyəti və sivil qurumlarının bu qənaəti diqqətə almalarını rica edirik,” -deyə sənəddə qeyd edilib.

Müraciətdə həmçinin bildirilir ki, “azadlıq, demokrasi ve sosial ədalət bütün toplumlarda qalıcı ve davamlı inkişafın təməlidir. Xalqın azad şəkildə öz müqəddəratı ilə bağlı qərar verməsi, ümumun adil bir şəkildə milli sərvətdən pay alması, ümumi yararın xalqın geniş qatılımıyla bəlli olması, rifah ve asayişin toplumun bütün qatmanlarını qapsaması, azaldığın ve demokrasinin həqiqi bir şəkildə qurulmasıyla gerçəkləşə biləcək istəklər ve gərəklərdir.”

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG