Accessibility links

İranda çoxlu sayda kişi öz həyat yoldaşları və qadın ailə üzvləri ilə həmrəylik göstərmək üçün hicab geyinib.

Hicablı kişilərin fotoları Nyu-Yorkda yaşayan jurnalist və fəal Məsih Əlinejada göndərilib. Jurnalist isə öz növbəsində buna cavab olaraq #meninhijab adı altında kampaniyaya başlayıb.

1979-cu ildə baş vermiş İslam İnqilabından sonra İranda qadınların hicab geyinməsi mütləq olub. Bu qanuna riayət etməyən qadınlar müxtəlif növ cərimələrlə və hətta həbslə cəzalana bilərlər.

Əlinejad kampaniyanı “My Stealthy Freedom” Facebook səhifəsindən geniş şəkildə yaymağa nail olub. İranda yaşayan minlərlə qadın hicaba qarşı olduqları anın fotosunu çəkərək bu səhifədə paylaşmağa başlayıblar.

XS
SM
MD
LG