Accessibility links

İranın neft naziri Rüstəm Qasemi İranın xam neftinin Hindistana satışının bərpası məqsədi ilə o ölkəyə səfər edib. Nazir hindistanlı həmkarı Veerappa Moili ilə görüş keçirib.

Tərəflər Avropa İttifaqı və ABŞ-ın sanksiyalarına görə İranın neftayırma zavodlarının sığortalanmasının davam etdirilməməsini müzakirə edib.

Təhlilçilərin fikrincə, Tehranın sığorta təklifi baş tutmayacaq. Belə ki, sanksiyalar İranın sığorta şirkətlərinə də şamil edilir.

Nüvə proqramına görə tətbiq edilən sanksiyalar İranın neft ixracına ciddi təsir göstərərək, ölkə gəlirinə milyardlarla dollarlıq zərər vurub.
XS
SM
MD
LG