Accessibility links

İran BMT-nin nüvə agentliyi ilə əməkdaşlığa hazır olduğunu bildirir

  • Amerikanın səsi

İran BMT-nin nüvə agentliyi ilə əməkdaşlığa hazır olduğunu bildirir

İran BMT-nin nüvə agentliyi ilə əməkdaşlığa hazır olduğunu bildirir

İran uran zənginləşdirilməsi prosesini dayandırmayacağını, lakin Beynəlxalq Atom Enerjisi Agentliyi tələblərini azaltsa, əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

İranın nüvə enerjisi agentliyinin başçısı Feridun Abbasi dövlət İRNA xəbər agentliyinə bildirib ki, İran əsas stansiya olan Natanzda uranın zənginləşdirilməsini 3,5, Fordo obyektində isə 20 faizə çatdıracaq. Nüvə silahı istehsalı üçün 90 faiz zəngiləşdirilmiş uran lazımdır. O həmçinin bildirib ki, Tehran nüvə fəaliyyətləri ilə bağlı bəzi sualları cavablandıracaqa, lakin “min suala” cavab verə bilməyəcək.

İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə mübahisəli proqramına dair yeni sualları hələ müzakirə etməkdən imtina edib.

Qərb dövlətləri uranın zənginləşdirilməsi proqramının qarşısını almaq üçün İrana qarşı bir neçə dəfə sanksiyalar tətbiq edib. İran nüvə silahı istehsal etməyə cəhd göstərmədiyini deyərək, uranın elektrik enerjisi istehsalı və tibb sahəsi daxil olmaqla dinc məqsədlərlə zənginləşdirildiyini bildirir.

XS
SM
MD
LG