Accessibility links

İranın İnqilab Qvardiyası müharibə oyunları keçirib


İranın İnqilab Qvadiyasının minlərlə yarı-hərbi qüvvəsi Qüdsun Əl-Əqsa məscidinin İsrailin nəzarətindən alınması simulyasiyası ilə müharibə oyunları keçirib.

Qüvvələr məscidin maketinə qarşı hücuma keçib. Bəsic qüüvələrinin 120 briqadası məşqi Qum şəhəri yaxınlığında keçirilib.

Simvolik əməliyyatlar vertolyotlar, dronlar və təyyarələrin müşayiəti ilə aparılıb.

İnqilab Qvadiyasının generalı Əmir Əli Hacızadə bildirib ki, müharibə oyunlarında Şahid-129 təyyarələrindən istifadə edilib.

İran komandirləri oyunların şou mahiyyəti daşıdığını bildirsələr də, bu sayda qüvvənin 1600 km-lik məsafədə yerləşən Qüdsə necə yerləşdirəcək və ya İsrailin qüdrətli ordusunun öhdəsindən necə gələcəkləri barədə planlarını açıqlamayıb.

XS
SM
MD
LG