Accessibility links

İranın nüvə proqramı ilə bağlı narahatlıqlar artdıqca hərbi qarşıdurma ehtimalı güclənir


İranın nüvə ambisiyaları ilə bağlı narahatlıqlara cavab verməməsi ABŞ və beynəlxalq təşkilatları Tehrana qarşı sanksiyalat tətbiq etməyə vadar edib. ABŞ Şotlandiyanın Royal Bankl və Almaniyanın Kommerzbankı ilə bağlı təhqiqatları onların külli miqdarda cərimə ödəməsi iə nəticələnib.

Vaşinqtonda yerləşən Patton Boggs şirkətinin əməkdaşı Deyvid Tafurinin dediyinə görə, sanksiyalar İran iqtisadiyyatına ciddi zərər vurub.“İran əsas gəlir mənbəyi olan neft satışında çətinlik çəkir. İrana pul lazımdır.Buna görə də o, nüvə proqramına üz tutur.”

Lakin İran-Amerika Şurasının siyasət direktoru Camal Əbdinin fikrincə, sanksiyalar İrana zərərdənsə, xeyir verir. “Biz hər hansısa kiçik sahəni hədəf alan sanksiyalardansa, bütöv iqtisadiyyata sanksiyalar tətbiq etmişik. Bunun nəticələri əks-produktiv olub. Bu yalnız adi insanlara təsir göstərir. Bu bizi İranla hərbi qarşıdurma kursuna yönəldir. ”
Adi iranlıları isə bir sual düşündürür- Nə etməli?

Nİgar Mortazari “Amerikanın səsi”nin fars şöbəsinin “Açıq söhbət” verilişinin aparıcısıdır.“Sanksiyaların arxasında nüvə proqramının durduğunu hamı bilir. Adi iranlılar isə bunun həyatları ilə birbaşa əlaqəsini görür. “

Nİgar Mortazari onun proqramına zəng edənlərin ərzaq qiymətlərinin bahalığından şikayət etdiyini deyir.

Ekspertlərin fikrincə, İranı sanksyalar yolu ilə nüvə proqramından çəkindirmək müşkül və uzun bir yol olacaq.

Digər təhlilçilər isə deyir ki, İranın nüvə proqramı ilə bağlı narahatlıqlar artdıqca hərbi qarşıdurma ehtimalı da güclənəcək.

İranla bağlı narahatlıqlar artdıqca hərbi qarşıdurma ehtimalı güclənir
please wait

No media source currently available

0:00 0:02:34 0:00
XS
SM
MD
LG