Accessibility links

İran ABŞ-ın İraqda hücumlarda rolu ilə bağlı iddialarını rədd edir


İranın Kəşfiyyat naziri Heydər Moslehi
İranın Kəşfiyyat naziri Heydər Moslehi

İran ABŞ-ın Tehranın İraqda Amerika əsgərlərinə hücumlar təşkil edən üsyançıları silahlandırdığına dair iddialarını rədd edib.

İranın dövlətə məxsus mətbuatının verdiyi məlumata görə, Kəşfiyyat naziri Heydər Moslehi bu iddiları əsassız adlandırıb.

Xarici İşlər nazirliyinin sözçüsü Ramin Mehmanpərəstin bu iddiaları “böyük yalan” adlandığı bildirilir.

Bazar ertəsi ABŞ-ın Müdafiə naziri Leon Panetta deyib ki, Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələri İranın İraqda Amerika əsgərlərinə qarşı hücumlar təşkil edən üsyançıları silahla təmin etməsinin qarşısını almalıdır.

İyun ayında şiə üsyançıların hücumu nəticəsində İraqda 14 ABŞ əsgəri həlak olmuşdu.

Amerika əsgərləri ilə görüşdə danışan Müdafiə naziri Leon Panetta deyib ki, Birləşmiş Ştatlar birtəfərli qaydad bu hücumlara cavab verəcək.

XS
SM
MD
LG