Accessibility links

İranda güclü zəlzələ baş verib


İranın qərbində, İraqla sərhəd zonada güclü zəlzələ baş verib.

ABŞ Geoloji Tədqiqat Bürosu bildirir ki, 6.2 bal gücündə zəlzələ Abdanan şəhərinin 36 kilometr cənub qərbini 10 km dərinlikdə vurub.

Dövlət televiziyası və yerli rəsmilər bildirib ki, binalara ziyan dəyib və azı 250 insan yaralanıb.

ABŞ Geoloji Tədqiqat Bürosu 4.5 ilə 5.6 bal gücündə kiçik zəlzələnin bir neçə saat sonra eyni ərazini vurduğunu bildirib.

Associated Press xəbər agentliyi zəlzələnin qonşu əyalətlərdə də hiss edildiyini xəbər verir.

İran seysmik xətlər üzərində yerləşdiyi üçün orta hesabla ölkədə günə bir zəif zəlzələ baş verir.

2003-ci ildə 6.6 bal gücündə zəlzələ 26,000 insanın ölümünə səbəb olmuşdu. Zəlzələ nəticəsində tarixi cənub-şərq şəhəri Bamda böyük dağıntılar olmuşdu.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG