Accessibility links

İran naziri: İŞİD Raqqadan İrana qarşı sui-qəsdlər hazırlayır


İran kəşfiyyat naziri Mahmud Ələvi
İran kəşfiyyat naziri Mahmud Ələvi

İran kəşfiyyat naziri Mahmud Ələvi bildirib ki, İŞİD Suriyada de fakto paytaxtı Raqqadan İrana qarşısui-qəsd və təxribat hazırlayır və bir neçə dəfə İrana "terrorçu komandaları" göndərməyə cəhd göstərib.

Mahmud Ələvi Livanın Əl-Mədeyin televiziyasına müsahibədə Tehranın Suriya münaqişəsində roluna milli təhlükəsizliklə əlaqədar məsələ olaraq bəraət qazandırmağa çalışaraq deyib ki, İran Suriya və İraqda terrorizmə qarşı mübarizə aparmasaydı, o zaman bunu İranın özündə etməli olacaqdı.

İŞİD qüvvələri Raqqa küçələrində
İŞİD qüvvələri Raqqa küçələrində

İraqla qərbdən sərhədi olan İran İslam Respublikası bu yaxınlarda üsyançılara və onu hakimiyyətdən devirməyə çalışıan İŞİD yaraqlılarına qarşı mübarizə aparan Suriya prezidenti Bəşar Əl-Əsədə dəstək məqsədilə silahlı qüvvələrin nizami ordu və könüllülərdən ibarət dəstələriniSuriyaya göndərdiyinə işarə edib.

İranın iki növ hərbi qüvvəsi var. Bunlardan biri milli müdafiə qüvvələri və İlam inqilabından sonr ölkəni xarici və daxili qüvvələrdən qorumaq məqsədilə yaradılmış İslam İnqilabı Qvardiyasını təmsil edən nizami ordudan ibarətdir.

Bu qüvvələr Suriyada beş ildir davam edən münaqişədə döyüşlərdə iştirak edir və təlimlər verir. İran silahlı qüvvələrinin həmçinin İraqda İŞİD-ə qarşı döyüşlərdə iştirak etdiyi bildirilir.

"Raqqa İŞİD-in İrana qarşı sui-qəsdlər hazırladığı yerlərdən biridir"-deyə Mahmud Ələvi Livanın Əl-Mədeyin televiziyasına müsahibədə bildirib.

XS
SM
MD
LG