Accessibility links

BMT-nin baş katibi Ban Ki Mun İranın ali ruhani rəhbəri və prezidentinin İsrailə qarşı retorikalarını tənqid edərək, onları "təhqiramiz və qızışdırıcı" adlandırıb. O deyib ki, regionun liderləri gərginlikləri dərinləşdirmək deyil, azaltmağa çalışmalıdır.

Qeyd edək ki, iran prezidenti Mahmud Əhmədinejad dünən Tehran universitetində minlərlə insan qarşısında deyib ki, yeni Yaxın Şərqdə İsraillə Amerikanın izləri olmayacaq.

İranın dövlət başçısı bunları Ramazan ayının son cümə-Qüds günü münasibəti ilə keçirilən mərasimdə deyib.

Bu həftənin əvvəlində İranın ali ruhani lideri Əli Xamneyi bildirib ki, bir gün gələcək İsrail fələstinlilərə qaytarılacaq.
XS
SM
MD
LG