Accessibility links

İran İsrailin Tehrana qarşı əsassız iddialarını tənqid edib


İsrailin baş naziri Benyamin Netanyahunun dünyanı Tehranın nüvə proqramının üzərindən qırmızı xətt çəkmək çağırışından sonra İran hər bir hücumun qısasını alacağına vəd edib.

İranın BMT-dəki səfiri Eşaq Əl-Həbib cənab Netanyahunun Tehrana qarşı əsassız iddialarını tənqid edib. Tehran nüvə proqramının sülhməramlı mahiyyət daşıdığını deyir. Dünya qüdrətləri isə İranın nüvə silahı istehsal etdiyni düşünür.

Dünən cənab Netanyahu BMT-nin Baş Assambleyasında nümayəndə heyyətlərinə İranın qarşısını alma vaxtının çoxdan çatdığını deyib. O, bomba rəsmi əks etdirilmiş şəklə qırmızı xətt çəkərək İranın nüvə istehsalının ikinci mərhələsi başa çatmadan özncə qarşısının alınmalı olduğunu deyib.

Bu həftənin əvvəli ABŞ prezidenti Barak Obama deyib ki, ABŞ Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün lazım olanı edəcək. Lakin o, İrana ultimatum verməyib. ABŞ dövlət katibi Hillari Klinton bu gün cənab Netanyahu ilə görüşüb. Rəsmilər gorüş barədə təfsilat verməyib.
XS
SM
MD
LG