Accessibility links

İran İsrailin nüvə proqramı ilə bağlı sənədləri açıqlamağa hazırlaşır

  • Amerikanın səsi

İran İsrailin nüvə proqramı ilə bağlı sənədləri açıqlamağa hazırlaşır

İran İsrailin nüvə proqramı ilə bağlı sənədləri açıqlamağa hazırlaşır

İranın nüvə danışıqlarında baş vasitəçisi Səid Cəlili deyib ki, Tehran Birləşmiş Ştatların İsrailə zənginləşdirilmiş uran çatdırdığını sübut etməyə hazırdır. İranın dövlətə məxsus telviziyasının veb səhifəsində yerləşdirilmiş məlumatda Səid Cəlilinin İsrailin Nüvə Silahlarının Yayılmamasına dair Müqaviləyə əsasən nüvə silahlarına malik olmasının qarşısının alınmalı olduğunu dediyi xəbər verilir. Cəlili əlavə edib ki, İran İsrailin nüvə proqramının Amerika materialları əsasında inkişaf etdirildiyinə dair sənədləri açıqlamağı planlaşdırır. İsrailin Yaxın Şərqdə nüvə silahlarına malik yeganə ölkə olduğuna inanılır. İsrail nüvə proqramına malik olduğunu açıqlamayıb.

XS
SM
MD
LG