Accessibility links

İranla razılıq əldə edilməsi birmənalı qarşılanmır


İsrail İranla razılıq əldə edilməsini qınayıb. İsrailin baş naziri Benyamin Netanyahu razılığı tarixi razılıq deyil, tarixi yanlışlıq anlandırıb.

Israilin daha bir rəsmisi deyib ki, 6 aylıq möhlət İranın sanksiyaların yüngülləşdirilməsi və nüvə obyektlərinin qorunub saxlanması üçün arzuladığı müddətdir.

ABŞ, Böyük Britaniya, Çin, Fransa, Rusiya və Almaniyadan ibarət P5+1 kimi tanının qrup razılığı bu gün səhər Cenevrə müzakirələri zamanı əldə edib.

İran prezidenti Həsən Ruhani bunu yeni üfüqlərin açılışı adlandırıb. Lakin İranın dövlət başçısı ölkəsinin uran zənginləşdirilməsi haqqına malik olduğunu bir daha təkrar edib.

İranın ali ruhani lideri Ayətulla Əli Xameneyi razılığı gələcək inkişaflara təməl adlandırıb.

İranın xarici işlər naziri Cavad Zərif deyib ki, saziş lazımsız böhrana son qoyulmasına imkan yaradır.

Avropa İttifaqının xarici əlaqələr şöbəsinin rəhbəri Katrin Eşton intensiv müzakirələrin əməkdaşlıq və qarşılıqlı etimad şəraitində keçirildiyini bildirib.

Britaniyanın xarici işlər naziri Uilyam Heyq İranla əldə edilən bu sövdələşməni nüvə silahlarının yayılmaması istiqamətində atılan mühüm addım adlandırıb.
XS
SM
MD
LG