Accessibility links

İranda məhbəsdə olan jurnalistə UNESCO-nun mətbuat azadlığı mükafatı verilib

  • Amerikanın səsi

İranda məhbəsdə olan jurnalistə UNESCO-nun mətbuat azadlığı mükafatı verilib

İranda məhbəsdə olan jurnalistə UNESCO-nun mətbuat azadlığı mükafatı verilib

İranda 2009-cu ildə prezident seçkilərindən sonra müxalifət hərəkatında iştirakına görə həbs edilmiş jurnalist Əhməd Zeydəbadi UNESCO-nun dünyada mətbuat azadlığı mükafatına layiq görülüb. Təşkilatın seçmə komisiyasının prezidenti Dayana Zenqorun verdiyi bəyanatda Zeydabadinin müstəsna şücaəti və ifadə azadlığına sədaqətinə yüksək qiymət verilir. İranın Azad qəzetinin keçmiş baş redaktoru və tələbə müxalifətin keçmiş lideri olan Zeydabadi həbsxanada altı il həbs cəzası çəkir. O, 2009-cu ilin avqustunda müxalifət fəallarının məhkəmə prosesi keçirilən zaman həbs cəzası almışdı. UNESCO onun azad edilməsi haqda müraciətlə çıxış etmişdi.

XS
SM
MD
LG