Accessibility links

Mədəniyyət nazirliyi bildirib ki, iyunun 14-də prezident seçkilərini işıqlandırmaq üçün 200 xarici jurnalist müraciət edib


İranda gələn ay prezident seçkilərini işıqlandırmaq istəyən xarici jurnalistlər daha ciddi məhdiyyətlərlə qarşılaşa bilər.

İranın yarı-rəsmi Mehr xəbər agentliyinin verdiyi məlumata görə, mədəniyyət naziri Məhəmməd Hüseyni əlavə məhdiyyətlər tətbiq edilməsinə çalışır.

Nazir mümkün tədbirlərin nədən ibarət olacağı haqda detallara varmayıb, lakin 2009-cu ildə İsrail jurnalistinin Avropa xəbər agentlikləri üçün Tehrandan məlumat verməsindən sonra buna ehtiyac olduğunu bildirib.

Mədəniyyət nazirliyi bildirib ki, iyunun 14-də prezident seçkilərini işıqlandırmaq üçün 200 xarici jurnalist müraciət edib. Nazirlik təsdiq edilmiş müraciətlərin sayını açıqlamayıb.

İranda 120 xarici media agenliyinin nümayəndəsi fəaliyyət göstərir. İran hökuməti 2009-cu ildə prezident seçkilərindən sonra iğtişaşlar və etiraz nümayişləri zamanı ölkəyə xarici jurnalistlərin gəlişinə məhdiyyətlər qoymuşdu.
XS
SM
MD
LG