Accessibility links

İranın Kərəc şəhərində Azərbaycan türkcəsində dil kursları qapadılıb


İranın Azərbaycan türklərinin sıx yaşadığı Əlburz vilayətinin mərkəzi Kərəcdə mədəni fəallardan ibarət olan bir qrup könüllünün təşkil etdiyi türk dili sinifinin məsullar tərəfindən qapadıldığı bildirilir.

Bu haqda məlumatı veb səhifələr sinifin könüllü müəllimi Həsən Raşidiyə istinadən yayıblar.

Yayılan məlumata görə, ötən ilin oktyabr ayının 29-dan Kərəcin Fərdis bölgəsinin Vilayət Mədəniyyət Evində fəaliyyətə başlayan kurslar üçün əlaqədar dövlət qurumlarından da lazimı icazə alınmışdı.

Həsən Raşidi

Həsən Raşidi

Tanınmış yazar və türk dili müəllimi Həsən Raşidinin sosial şəbəkələr vasitəsilə bildirdiyinə görə, “fars dili və musiqisi və başqa siniflərin yanında təşkil edilmiş bu siniflərdə türk vətəndaşlardan əlavə maraqlanan bir neçə fars vətəndaş da iştirak etmişdi.”

“Biz bu sinifdə, o da İrşad İdarəsinin nəzarəti altında, dilimizin qayda-qanunundan başqa nə dərs verirdik ki, dərsin sonuna yalnız dörd cələsə (sessiya) qala onu qapatdılar? Yəni türk dili bu qədər qorxuducudurmu?” deyə Həsən Raşidi sinifin qapadılmasından narahatlığını bildirib.

XS
SM
MD
LG