Accessibility links

Con Kerri Parisdə Fransa və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri ilə görüşüb


ABŞ dövlət katibi Con Kerri Parisdə Fransa və Səudiyyə Ərəbistanının xarici işlər nazirlərilə görüsərək İranın nüvə proqramı ilə bağlı davam edən danışıqları müzakirə edib.

O, Vyanada razılıq əldə etməyə çalışan İran, ABŞ, Britaniya, Çin, Fransa, Rusiya və Almaniya nümayəndələrinin iştirak etdiyi müzakirələrə qatılacaq.

Razılıq əldə edilməsinə qoyulan möhlət bazar ertəsi başa çatır.

Hər iki tərəfin rəsmiləri İranın nüvə proqramının sülhməramlı olduğuna və ölkənin iqtisadiyyatına mənfi təsir göstərən beynəlxalq sanksiyaların ləğv ediləcəyinə ümid edir.

Müzakirələr cari ilin iyul ayında başa çatmalı idi. Lakin razılaşma əldə edilmədiyi üçün möhlət altı ay uzadılıb.

XS
SM
MD
LG