Accessibility links

ABŞ dövlət katibi Con Kerri deyib ki, İranda prezidentliyə namizədlərin rədd edilməsi ölkə liderlərinin öz qüdrətlərini gücləndirmək səylərini nümayiş etdirir.
O, İranın Nəzarət Şurasının xalqın iradəsini nəzərə almadığını bildirib.

İyun ayının 14-də keçiriləcək seçkilərə buraxılmayan namizədlər arasında sabiq prezident Əkbər Haşemi Rəfsəncani də var.

ABŞ dövlət katibi deyib ki, Nəzarət Şurası xalqın fərqli baxışlarını deyil, rejimin maraqlarını təmsil edən namizədləri təsdiq edir.

İranın mübahisəli nüvə proqramına dair Con Kerri deyib ki, Amerika hələ də İranın müzakirələr masası arxasına keçəcəyinə ümid bəsləyir.
XS
SM
MD
LG