Accessibility links

Con Kerri: İran səmimiyyətini sübut edən konkret addımlar atmalıdır


ABŞ dövlət katibi Con Kerri İranın nüvə proqramına dair ümidini dilə gətirərək, İranın səmimiliyini sübut edən konkret addımlar atmasının vacibliyini vurğulayıb.

Tokioda çıxış edən dövlət katibi bildirib ki, İranın heç bir vədi sübutsuz qəbul edilməyəcək.

İran yeni prezidentinin hakimiyyəti dövründə Qərblə daha yaxından əməkdaşlıq aparmaq istədiyini bəyan edib. İran nüvə proqramının dinc mahiyyət daşıdığında israr etsə də, İsrail də daxil edilməklə, İranın nüvə silahı əldə etmək cəhdi bir çox ölkənin narahatlığına səbəb olur.

Ötən həftə ABŞ prezidenti Barak Obama deyib ki, İran prezidenti Həsən Ruhani ilə telefon söhbəti zamanı ona nüvə mübahisələrinin əhatəli şəkildə həllinə ümid bəslədiyini bildirib. Lakin ABŞ dövlət başçısı İsrailin baş naziri Benyamin Netanyahuya deyib ki, İran sanksiyalardan azad olmaq istəyirsə, səmimiyyət nümayiş etdirməlidir.
XS
SM
MD
LG