Accessibility links

İranda girov götürülmüş beş əsgər azad edilib


İRNA xəbər agentliyi Sistan-Bəlucistan vilayətinin qubernator müavini Cəlal Səyyaha istinadən bildlrib ki, İnqilabi Qvardiya əsgərləri şənbə günü əməliyyat zamanı xilas edib

İranın dövlətə məxsus İRNA xəbər agentliyi bildirib ki, hərbi hava qüvvələrinin cümə axşamı girov götürülmüş beş əsgəri xilas edilib, lakin onların azad edilməsi əməliyyatı zamanı bir əsgər həlak olub. Xəbər agentliyi cənub-şərqi Sistan-Bəlucistan vilayətinin qubernator müavini Cəlal Səyyaha istinadən bildlrib ki, İnqilabi Qvardiya əsgərləri şənbə günü əməliyyat zamanı xilas edib. Silahlı şəxslər əsgərləri cümə axşamı günü onlar vilayət ərazisindən avtobusla keçərkən girov götürmüşdü. Sünni militant Cundallah qrupu məsuliyyəti öz üzərinə götürüb. Qrup əksəriyyəti şiə olan İranda azlıqda olan sünni bəlucların hüquqları uğrunda mübarizə apardığını bəyan edir.

XS
SM
MD
LG