Accessibility links

İran kürdlərin müstəqillik referendumu keçirmək niyyətinə etiraz edir


İran şənbə günü yaydığı bəyanatda İraqın Kürdüstan muxtar regionun müstəqillik referendum keçirmək niyyətinə qarşı olduğunu bildirib.

Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qaseminin sözlərinə görə, İranın prinsipial mövqeyi İraqın ərazi bütövlüyünün dəstəklənməsidir: “Kürdüstan ərazisi İraq respublikasının bir parçasıdır. Həmin ərazinin ayrılması ilə bağlı birtərəfli qərar ölkənin konstitusiyasına ziddir və yalnız yeni problemlərə yol aça bilər”

İraqın kürd liderlərinin çərşənbə günü yaydıqları elanda bildilir ki, onlar 25 sentyabrda müstəqillik referendum keçimək niyyətindədirlər. Eyni zamanda, elanda deyilir ki, bu yalnız üç muxtar vilayətə yox, kürdlərin tarixən üstünlük təşkil etdiyi ərazilərə də şamil ediləcək.

İran öz ərazisində, xüsusilə də İraqla sərhəddə yaşayan kürdlərin separatizm təhlükəsindən narahatdır.

Bağdadda yerləşən federal hökümət Ərbildəli regional hökümətin niyyətinə qarşı çıxıb. Eyni mövqeni ərazisində böyük kürd azlığı olan Türkiyə də nümayiş etdirib.

Vaşinqton hadisələrin belə inkişafının İraq şimalındakı kürdlər, ərəblər və türkmənlər arasında gərginlik yaradacağından və bunun İŞİD-ə qarşı mübarizədə diqqətin yayınmasına səbəb olacağından narahatdır.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG