Accessibility links

İranda İnqilab Keşikçiləri müxalif üsyançıların bazasına nəzarəti ələ keçirib

  • Amerikanın səsi

İranda İnqilab Keşikçiləri müxalif üsyançıların bazasına nəzarəti ələ keçirib

İranda İnqilab Keşikçiləri müxalif üsyançıların bazasına nəzarəti ələ keçirib

İranın dövlətə məxsus mətbuatı İnqilab Keşikçilərinin İraqla sərhəddə kürd müxalifətçi qrupun üç bazasına nəzarəti ələ keçirdiyi haqda məlumat verib.

Polkovnik Delavar Rəncbarzade şənbə və bazar günü toqquşmalar zamanı müxalifətçi qrupa mənsub döyüşçülər arasında böyük tələfatlar olduğunu bildirib.

Üsyançıların sözçüsü bundan əvvəl döyüşdə böyük sayda əsgərin öldüyünü bildirmişdi.

İranın hökumət qüvvələri və Kürdüstanda Azad Həyat partiyasına mənsub üsyançılar arasında döyüşlər İraqla sərhəddə Sardəşt şəhəri yaxınlığında baş verib.

PJAK adı ilə tanınan kürd qrupu və İranın hökumət qüvvələri arasında son illər dəfələrlə toqquşmalar baş verib.

XS
SM
MD
LG