Accessibility links

Əli Laricani: Münasibətlərin bərpası üçün müzakirələr sabotaj edilməməlidir


İran parlamentinin spikeri gələn həftə Tehranın mübahisəli nüvə proqramına dair danışıqlaran öncə bildirib ki, İran və dünyanın qüdrətli ölkələri etimadın bərpasına çalışmalıdır.

Sabiq nüvə müzakirəçisi Əli Laricani İranın Cenevrə danışıqları zamanı hər hansısa güzəşt təklif edəcəyini bildirməsə də, qarşılıqlı etimadın “sən mənə, mən sənə” razılığından üstün tutulmalı olduğunu deyib.

Laricani qarşıdan gələn müzakirələrə nikbinliklə yanaşdığını deyərək, İrana qarşı sanksiyalar tətbiq edən ölkələrin hazırda siyasi razılıq əldə edilməsi yolunu seçdiyini bildirib.

İranın parlament spikeri bəyan edib ki, 1979-cu ildə İran İslam İnqilabından sonra pozulan münasibətlərin bərpası üçün müzakirələr sabotaj edilməməlidir.
XS
SM
MD
LG