Accessibility links

7 il əvvəl İranda itkin düşən amerikalı haqda məlumat açıqlanıb


Robert Levinsonun Mərkəzi Kəşfiyyat Agentliyi üçün çalışdığı deyilir

Birləşmiş Ştatların iki mətbuat orqanının bildirdiyinə görə, yeddi il əvvəl İranda müəmmalı şəkildə itkin düşən bir amerikalı Mərkəzi Kəşfiyyat Agentliyi üçün çalışırmış. Associated PressWashington Post İranda itkin düşən Robert Levinsonun Mərkəzi Kəşfiyyat Agentliyinin təhlilçi qrupu üçün məlumat topladığını bildirib.

Ailə üzvləri və ABŞ rəsmiləri 2007-ci ilin mart ayında Kiş adasında yoxa çıxan Federal Təhqiqat Bürosunun sabiq işçisi Levinsonun İrana işlə bağlı ezamiyyətə getdiyini deyirlər.

Cümə axşamı dərc edilən məqalələrdə cənab Levinsonun 1980-ci ildə ABŞ-da İran diplomatının qətlində əli olması ittihamı ilə axtarışda olan və İran liderləri ilə yaxın münasibətləri malik Davud Salahuddinlə görüşdüyü deyilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG