Accessibility links

Livan rəsmiləri bildirir ki, İranın Beyrutdakı səfirliyi yaxınlığında iki partlayış baş verib. Nəticədə İran diplomatı daxil olmaqla, 23 insan həyatını itirib və 146 nəfər yaralanıb.

Partlayışlar intiharçı hücumu və maşına yüklənmiş bomba partlayışı nəticəsində baş verib.

İranın Livandakı səfiri ölən diplomatın mədəniyyət attaşesi Şeyx İbrahim Ənsari olduğunu açıqlayıb.

Hücumun məsuliyyətini Əl-Qaidə ilə əlaqəsi olan Abdullah Azzamın Briqadası qrupu üzərinə götürüb.

Hizbullahın istinadgahı olan Beyrut şəhəri bu il iki başqa bomba hücumuna məruz qalıb.

Hizbullah Suriyada döyüşən üsyançılara kömək edir.

Suriya höküməti partlayışı qınayıb.
XS
SM
MD
LG