Accessibility links

Islam Dövləti qrupuna sadiq yaraqlılar İranın Liviyadakı səfərinin iqamətgahına qarşı həyata keçirilən bomba hücumun məsuliyyətini öz üzərilərinə götürüb.

Tripolidə hücum zamanı ölən və ya yaralanan olmayıb.

İran mətbuatı bildirir ki, Tehran hücumları pisləyib. Xarici İşlər Nazirliyinin sözçüsü hücum binaya kiçik zədələr yetirib.

Biri paytaxtda olmaqla Liviyada İslam Dövlətinə bağlı 3 fraksiya mövcuddur. Ölkədə üsyançı silahlılar, silahlı qüvvələr və hakimiyyətə iddia edən iki qüvvə arasında mübarizə gedir. Zorakılıqların baş qaldırmasından sonra bir çox Qərb ölkəsi Liviyadakı nümayəndəliyini bağlayıb.

XS
SM
MD
LG