Accessibility links

Klubun sponsorluğu çərçivəsində Azərbaycan Atletiko Madridə illik 12 milyon avro ödəyir

"Belə görünür İran mətbuatı Atletiko Madrid oyunçularının futbol köynəklərinin sinələrindən əsas loqonu - "Azərbaycan Odlar Yurdu" loqosunu çıxarıb". BBC-nin məlumatına görə, aprelin 30-da Atletiko Madridlə Çelsi arasında oynanan UEFA Çempionlar Liqası yarım final cavab oyunundan görüntülər "Cəm Cəm" qəzetində işıqlandırılıb, ancaq bir istisna ilə... Belə ki, yayılan fotolarda Atletiko Madridli futbolçuların köynəklərinin üzərindəki "Azerbaijani Land of Fire" emblemi çıxarılıb. Şəkili yayan "Azerbaijan Realities" Facebook səhifəsi bunu "İran mətbuatı "Azərbaycan" sözünə düzmədi" deyə şərh edib.

"Cəm Cəm"-dən başqa bir neçə qəzetin də oxşar addımı atdığı bildirilir. Qəzetlər bu addımı siyasi motivlərlə atıb-atmadıqları barədə heç bir şərh verməyib.

Atletiko Madrid Azərbaycanla sponsorluq sazişində siyasi motivə dair səmimiyyətini gozlətmir. Belə ki, klubun veb səhifəsində yazılıb ki, reklamın məqsədi Azərbaycanın imicini yaxşılaşdırmaq və beynəlxalq arenada ölkənin profilinin yüksəlməsinə kömək etməkdir. "Azərbaycan adı bütün dünyada eşidiləcək" - deyə klubun veb səhifəsində yazılır.

İspaniyanın Marca qəzetinin məlumatına görə bu ilin yanvar ayında klubla razılıq əsasında Azərbaycanın sponsorluğu daha 18 ay müddətinə uzadılıb. "Futbol Galaxy" isə yazır ki, razılığa əsasən Azərbaycan illik 12 milyon avro ödəyir. Atletiko Madrid

Atletiko Madrid

Atletiko Madrid

Atletiko Madrid

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG