Accessibility links

İran daxili işlər nazirinin idari inkişaf və insan qaynaqları üzrə müavini ölkənin 5 idari bölgəyə bölünməsi ilə bağlı məlumat verib. Cavad Nasiriyanın dediklərinə görə, yeni layihədə Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan, Ərdəbil, Gilan və Kürdüstan vilayətləri 3-ü bölgə tərkibində yer alacaqlar.
“Ümumi Mədəniyyət Şurası”nın göstəricilərinə görə əhalisinin əksəriyyəti türklərdən ibarət olan Qəzvin və Həmədan vilayətləri digər Azərbaycan vilayətləri kimi 3-ü bölgədə deyil, 1-ci və 4-ü bölgədə yer alırlar. Həmçinin kürdlərin sıx yaşadığı Kürdüstan və Kirmanşah əyalətləri də eyni idari bölgəyə daxil edilmir.


İranda nəşr edilən Arman qəzeti iyunun 23-də yaydığı yazıda yeni layihənin tam yəqinliklə həyata keçiriləcəyini qeyd edib. Armanın yazdığına görə yeni nizamda vilayət idarəetməsi yerinə bölgə idarəetmə sistemi tətbiq ediləcək.

Təsnim xəbər agentliyinə müsahibə verən nazir müavini yeni idari sistemin siyasi aspektləri və ya indiki vilayət məsullarının icra hakimiyyəti ilə bağlı hansı dəyişikliklərin aparılacağına dair məlumat verməyib.

Yeni bölünmələrlə bağlı hökümət və eyni idari bölgəyə daxil olacaq vilayətlərin məsulları arasında davamlı olaraq toplantıların keçirildiyi bildirilir.

Cavad Nasiriyan bölünmələrdə vilayətlər arasında yaxınlıq, coğrafi mövqe və ortaqlıqların nəzərə alındığını söyləyib. O bu ortaqlıqların hansı növdən olduğunu açıqlamayıb.

Yeni idari sistemdə vilayətlərin etnik strukturu nəzərdə tutulmayıb.

“Ümumi Mədəniyyət Şurası”nın göstəricilərinə görə əhalisinin əksəriyyəti türklərdən ibarət olan Qəzvin və Həmədan vilayətləri digər Azərbaycan vilayətləri kimi 3-ü bölgədə deyil, 1-ci və 4-ü bölgədə yer alırlar. Həmçinin kürdlərin sıx yaşadığı Kürdüstan və Kirmanşah əyalətləri də eyni idari bölgəyə daxil edilmir.

Yayılan məlumata görə, 3-ü bölgənin idari mərkəzi Şərqi Azərbaycan vilayətində yerləşəcəkdir.

Yeni idari sistemlə bağlı yayılmış məlumat İranın siyasi qrupları, xüsusilə federalizm tərəfdarlarının gündəmindədir.
XS
SM
MD
LG