Accessibility links

Ötən il noyabr ayında İranın Azərbaycan vilayətlərində keçirilən kütləvi “anti irqçilik” etirazlarına qatılan bir neçə fəalın Urmiyə və Xiyavda (Meşginşəhr), bir türk dili haqları müdafiəçisinin isə Tehranda məhkəməyə çağırıldığı bildirilir.

Güney Azərbaycan Televiziyası (Günaz TV)Oyan News veb səhifəsinə istinadən, Sina İrşadi və Siyamək Seyfiyə Ərdəbil vilayətinin Xiyav şəhərində və Ata Kərimiyə Urmiyədə məhkəmə çağırışı göndərilib.

Günaz TV Urmiyə şəhərində, həmçinin Ulduz Qasıminin məhkəməyə çağırıldığına dair məlumat yayıb.

Bu fəallar keçən ilin noyabr ayında İranın dövlət televiziyasında yayımlanan “Fitilə” adlı uşaq proqramında türklərin aşağılanması ardından baş qaldıran kütləvi etirazlara qatıldıqları üçün məhkəməyə çağırılırlar.

Həmin kütləvi etirazlara qatıldıqları zaman Təbrizdə nəzarət altına alınan 23 gənc qadın və kişi isə keçən günlərdə 74 şallaq və bir il həbs cəzasına məhkum olundular.

Tehran vilayətinin Baharistan şəhərində də 2014 ilinin fevral ayı Dünya Ana Dili Günü mərasiminə qatıldığı zaman nəzarət altına alınmış türk dili haqları fəalı Mənsur Fəthi təkrar məhkəməyə çağırılıb.

XS
SM
MD
LG