Accessibility links

İran məsələsi ABŞ Konqresində [Video]


Iran məsələsi ABŞ Konqresində
please wait

No media source currently available

0:00 0:02:03 0:00

Iran məsələsi ABŞ Konqresində

40-dan çox demokrat senator razılığa dəstək bildirib

İranla nüvə razılığına ABŞ Konqresində onun qarşısının alınması səylərinin baş tutmaması üçün kifayət qədər dəstək verilib. 40-dan çox demokrat senator razılığa dəstək bildirib. Bununla prezident Barak Obamanın əleyhinə olan qətnaməyə veto qoymasına ehtiyac qalmır.

Mən bu razılığın icra edilməsinin əleyhinəyəm
Bob Korker

ABŞ senatorları bir ay davam edən məzuniyyətdən sonra işə qaydıb. Onların diqqət mərkəzində bir məsələ durur.

“Məsələ İranın nüvə silahı hazırlayıb-hazırlamamasındadır.”

“Mən bu razılığın icra edilməsinin əleyhinəyəm.”

Hətta ən sərt respublikaçı tənqidçilər də razılığın qarşını almaq üçün kifayət qədər səsə malik olmadıqlarını etiraf edir.

Nümayəndələr Palatasında razılığı rədd edən səsvərmənin baş tutacağı dəqiq olsa da, bu, Senatda baş verməyəcək, çünki orada qətnamə lazımi səsləri yığmaya bilər və beləliklə prezidentin vetosuna ehtiyac qalmayacaq.

İranla nüvə razılığına etiraz edənlər Konqres önündə Donald Trampın çıxışını gözləyirlər
İranla nüvə razılığına etiraz edənlər Konqres önündə Donald Trampın çıxışını gözləyirlər

“Senatda mühüm hər bir sənədin təsdiqi üçün 60 səs lazımdır. Bu da o deməkdir ki, qətnamənin qəbul edilməsi üçün 60 səsə ehtiyac var.”

Demokratlar qətnamə ilə bağlı yekun səsvermənin keçirilməsi üçün səsvermə prosesi zamanı beşdə-üç səs çoxluğunu tələb edir. İyul ayında dünyanın altı qüdrətli dövləti və İran arasında əldə olunan razılığı dəstəkləyənlər bir araya gəlsə, onlar razılıq əleyhinə qətnamənin tamamilə qarşısını ala bilərlər. Belə bir halda razılıq Koqresin təsiri olmadan qüvvəyə minəcək.

“Senat prosessual qarışıqlığın arxasına sığınmamalıdır. Mən hər bir senatoru son səsvermənin qarşısını almağa, eləcə də Amerika xalqı və Konqresi belə bir əhəmiyyəlti məsələ ilə bağlı sözünü demək haqqından məhrum etmək cəhdinə müqavimət göstərməyə çağırıram.”

Biz razılığı dəstəkləyən Konqres üzvlərinin Konqresin razılığa xələl gətirilməsinin qarşısını almaq üçün lazımı addımları atmalarını gözləyirik

Ağ Ev Konqresdə uğurlu da olsa razılığın rədd edilməsinə dair səsvermənin baş tutmamasını istəyir.

“Biz razılığı dəstəkləyən Konqres üzvlərinin Konqresin razılığa xələl gətirilməsinin qarşısını almaq üçün lazımı addımları atmalarını gözləyirik.”

Konqresdəki nəticədən asılı olmayaraq, Vaşinqtonda bu məslə ilə bağlı fikir mübadiləsi davam edəcək və hər iki partiyadan prezidentliyə öndə gedən namizədlər də kənarda qalmayacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG