Accessibility links


İran bu ayın sonunda Hörmüz boğazında altı gün sürəcək hərbi təlimlər keçirəcək. Bu haqda məlumat verən İran hərbi dəniz qüvvələrinin komandiri Həbibulla Səyyari təlimlərin əsas məqsədinin neft və qaz nəqliyyat yollarında ölkənin hərbi qabiliyyətinin nümayiş etdirilməsindən ibarət olduğunu deyib.

İran mətbuatının verdiyi məlumata görə, Həbibulla Səyyari “Vilayət 91” adlı təlimlərin cümə günündən çərşənbə gününə qədər Hörmüz boğazında, Oman körfəzində və Hind okeanının şimal bölgələrini əhatə edəcək bir milyon kvadrat kilometrlik ərazidə keçiriləcəyini bildirib.

İran rəsmiləri bundan əvvəl ölkənin mübahisəli nüvə proqramına görə hərbi hücuma məruz qaldığı halda dünya neftinin 40 faizinin nəql edildiyi Hörmüz boğazını bağlayacaqlarını bildirmişdilər.

İran buna oxşar təlimləri keçən il dekabr ayında keçirmişdi. Eyni zamanda, dörd ay bundan əvvəl ABŞ və onun müttəfiqləri eyni sularda neftin nəqli yollarının açıq saxlanması məqsədilə təlim keçirən zaman Hörmüzə bir sualtı gəmi və torpedo gəmisi göndərib.
XS
SM
MD
LG