Accessibility links

İran prezidenti Mahmud Əhmədinejad bu gün Misirə səfər edib. O, 1979-cu ildə baş vermiş İslam inqilabından bəri bu ölkəyə səfər edən ilk İran prezidentidir.

Misir prezidenti Məhəmməd Mursi cənab Əhmədinejadı Qahirə hava limanında qarşılayıb.

İran prezidenti Misir rəsmiləri ilə görüşlər keçirəcək və sabah Qahirədə İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşündə iştirak edəcək.

Misir İran münasibətləri 1979-cu il İranda baş vermiş inqilabdan və Misirin İsraillə sülh müqaviləsi bağlamasından sonra gərginləşmişdir.

Misir İran münasibətləri ötən il cənab Mursi hakimiyyətə gəldikdən sonra yaxşılaşmışdır.
XS
SM
MD
LG